phone 055-3003591, 055-2250662
email info@scm.az
Business Management School Təchizat Zəncirinin İdarə Edilməsi Təlim Layihəsi çərçivəsində "Dövlət satınalmaları haqqında təlim" proqramının 30-cu sessiyasını elan edir.
Bu təlimdə kimlər iştirak edə bilər?
1. Dövlət satınalmalarını həyata keçirən qurumların nümayəndələri
2. Dövlət satınalmalarında iştirak edən sahibkarlıq subyektlərinin nümayəndələri
3. Satınalmalar sahəsində çalışan mütəxəssislər
Bu təlimdən nələr əldə ediləcək?
1. Dövlət satınalmaları sahəsində mövcud qanunvericiliyin və ona edilmiş dəyişikliklərin izahı.
2. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının təmin edilməsi.
3. Elektron satınalmaların təşkili, şəffaflığın təmini, satınalma prosedurlarına riayət olunması və səmərəliliyin artırılması barədə dolğun məlumatlar.
4. Dövlət satınalmalarının metodları və onların tətbiqi şərtləri
5. Tenderə dair əsas şərtlərin və sənədlər toplusunun hazırlanması
6. Müqavilələrin idarə olunması.
7. Satınalma mütəxəssislərinin maarifləndirilməsi və praktiki biliklərinin artırılması.
Mündəricat
1. Dövlət satınalmaları anlayışı və normativ hüquqi baza
2. Dövlət satınalmalarının planlaşdırılması
3. Dövlət satınalmaların təşkili
4. Dövlət satınalmalarının metodları və onların tətbiqi şərtləri
5. Elektron satınalma
6. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı
7. İxtisas uyğunluğuna dair tələblərin müəyyənləşdirilməsi
8. Malların satınalınması
9. İşlərin satınalınması
10. Xidmətlərin satınalınması
11. Tələb edilən zəmanətlər
12. Tender təkliflərinin qiymətləndirilməsi
13. Şikayətlərin verilməsi və mübahisələr
14. İmtahan
✍ Təlim ödənişlidir
Təlim ödənişi : 370 AZN
- Korporativ Endirimlər:
✔ Eyni şirkətdən 2 iştirakçı – Hər iştirakçıya 5% Endirim!
✔ 3 ve daha artıq iştirakçı – Hər iştirakçıya 10% Endirim!
✔ Business Management Schoolun məzunlarına offline üçün 10% Endirim!
✔ Tələbələrə (tələbə biləti əsasında) - 10% endirim!
Qeyd: Endirim kateqoriyasının yalnız birindən istifadə etmək olar.
Ödənişə daxildir:
- Təlim materialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk
✍ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.
Dövlət Satınalmaları haqqında təlim çərçivəsində Business Management School MMC-ilə rəsmi əməkdaşlıq edən şirkətlər.