phone 055-3003591, 055-2250662

email info@scm.az

İstehsalat Sistemlərində Planlama və Qrafikləndirmə Təlimi

"Business Management School" MMC olaraq istehsalat sahəsində də təlimlər təşkil etmək prioritetlərimiz arasındadır. Daha öncə uğurla təşkil edərək keçirtdiyimiz və istehsalat sahəsindən rəhbər şəxslərin iştirak etdiyi "İstehsalat Sistemlərində Planlama və Qrafikləndirmə" təliminə 5-ci dəfə start veririk. Təlim bu sahə üzrə beynəlxalq dərəcəli peşəkar Seymur İlyasov tərəfindən tədris ediləcəkdir. 

Təlim kimlər üçündür? 
1 .Planlama müdirləri və planlama mühəndisləri,
2 .İstehsalat müdirləri və istehsalat mühəndisləri
3 .Logistika müdirləri

* Təlim Azərbaycan dilində keçiriləcək. 


Təlimin Konsepti

Dərs.1
1.1 İstehsalat və İstehsalat Sistemləri
o İstehsalat Sisteminin Komponentləri
o İstehsalat Sistemlərinin Sinifləndirilməsi

â–ºİstehsalı ərzəyə gətirən, onu sistem halına gətirən bütün komponentlərin incələnməsi, istehsal prosesinə təsir edən digər amillərin analizi. İstehsal prosesinin növünün təyin edilməsi.◄​

1.2 Sifariş və Tələblərin İdarə Olunması
o Sifariş Əsaslı İstehsalat
o Təxmin Əsaslı İstehsalat
o Tələb Təxmininin Planlamadakı Önəmi
o Tələb Təxmininin Növləri
o Tələb Təxmininin Mərhələləri
o Tələb Təxmin Metodları

*İstehsalat planlamanın ilk addımı olan bu addım ən krtik addımdır. İstehsalatın bütün gedişatı bu qərardan asılıdır. Bu qərarın düzgün verilməsi isə xüsusi professionallıq tələb edir. Xüsusən də təxmin əsaslı planlama edərkən nələrə diqqət edilməlidir? Sifariş əsaslı planlamada isə stok həcminizin nə qədər ola biləcəyi müəyyənləşdirilməkidir.â—„

Dərs.2
2.1 İstehsalatın Planlanması
o Proseslərin Analizi
o Proseslərin Planlanması
o Material Ehtiyaclarının Planlanması və Anbarlanması
o Stokların Planlanması və İdarə Olunması
o ABC Analizi

* Proses xəritəsinin hazırlanması, iş stansiyalarının müəyyənləşdirilməsi. Məhsul hərəkətlərinin təyini. Məhsul ağacı və tərkib kartlarının hazırlanması. Optimal sifariş miqdarı və təmin periodlarının hesablanması. Mənhsul ağıcı məlumatları əsasında anbarlama faizlərinin təyini.â—„

Tutumun Planlanması (Capacity Planning)
o Material və İşçilik Əsaslı Tutumun Hesablanması
o Tutumun Planlanması
o İstehsal Xəttinin Balanslaşdırılması

â–ºİş stansiyalarındakı proses axışının sürətinin incələnməsi və darboğazların təyini. Optimal istehsal sürətinin və Takt Time-ın hesablanması. Darboğazların əridilməsi və xəttin balanslaşdırılması.â—„

Dərs.3 
3.1  İstehsalatın Qrafikləndirilməsi
o İstehsal Prosesinin və İşlərin Sıralanması
o İstehsal Prosesinin və İşlərin Qrafikləndirilməsi
o Tək Dəzgah Metodu İlə Qrafikləndirmə
o Parallel Dəzgah Metodu İlə Qrafikləndirmə
o Axış Tipli Dəzgah Metodu İlə Qrafikləndirmə
o Atelye Tipli Dəzgah Metodu İlə Qrafikləndirmə

*Proses planının təyininə görə ən qısa proses müddəti, minimum gecikmə müddəti, ən qısa təmin müddəti və.s metodlarının tətbiqi ilə sıralamanın və sıralanan qrafikləndirilmənin istehsala tətbiqi.â—„
Dərs.4

o   Xəyali bir istehsal müəssisənin istehsal planının hesablanması, təhlili.

o   Tədris olunan mövzulardan sınaq imtahanının təşkili.

* Proqramdakı bütün mövzular praktiki nümunələrnən izah olunacaq. Son dərsdə xəyalı bir istehsalat müəssisəsi üzərindən iştirakçılarla bərabər istehsalat planlaması başdan sona qədər tətbiq olunacaq. Beləliklə iştirakçılar təlim müddətində öyrəndiklərini eyni zamanda təcrübədəki tətbiqi ilə tanış olaraq icra etməyi öyrənəcəklər.  Bundan öncə keçirilən ilk sessiyamızdakı video materiallarda dərslərin keçirilmə metodu- xüsusəndə dərs sonunda praktiki məşğələlərin keçirilmə metodunu izləyə bilərsiniz. 

https://youtu.be/HkvESancqLw
https://youtu.be/D3n8VXXjy74
https://youtu.be/UiVHiQonkR4
https://youtu.be/YBXDyCPsIsY

Təlim iştirakçıları İştirak Sertifikat ilə təltif olunacaqlar.

Sertifikat: Təlimin ümumi müddətinin 75 %-ində iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar

* Təlimin ödənişi: 240 AZN. 

 Təlim ödənişini nağd və şirkətimizin bank hesabına köçürmə yolu ilə həyata keçirə bilərsiniz

* Ödənişə daxildir: 
1. Müxtəlif təqdimatlar
2. Praktiki çalışmalar
3. Təlim materialları və dərsliklər
4. Nəticə imtahanı
5. İştirak barədə sertifikat

6. Kofe-breyk

Təlim müddəti: Təlim 16 saat müddətindədir.
Dərs cədvəli:
Təlim aprelin əvvəlində başlayacaq. (Tarix tezliklə elan ediləcək). 

Siz  bu təlimdə iştirak etməklə; 

1. Sifariş və təxmin əsaslı istehsal planına qərar verə biləcəksiniz.
2. Ən riskli periodlarda safety stock hesablamalarından istifadə edərək müəssisənizi riskdən və müştəri itkisindən qoruya biləcəksiniz.
3. Stok və stok maliyyətini minimuma endirə biləcəksiniz.
4. İstehsalat prosseslərini başdan sonadək planlandıra biləcəksiniz.
5. İstehsal sistemi və iş gücü sərfiyyətını optimallaşdıraraq məhsuldarlığı artıra biləcəksiniz.


Siz  bu təlimdən sonra nə əldə edəcəksiniz?
 İstehsalat potensialınızı iş ve zaman etudu ile hesablaya biləcəksiniz. Qaynaqlarınızdan nə dərəcədə səmərəli istifadə etdiyinizi hesablaya biləcəksiniz. Artan ve azalan tələb dalgalanmaları qarşısında daha rahat qərar vere biləcəksiniz.