phone 055-3003591, 055-2250662
email info@scm.az
Business Management School Təchizat Zəncirinin İdarə Edilməsi Təlim Layihəsi çərçivəsində yeni "Müqavilələrin İdarə Edilməsi" proqramının yeni sessiyasına qeydiyyatları açıq elan edir.
Təlim Nəyi öyrədir:
Bu təlim malların, işlərin və xidmətlərin satınalınması zamanı bağlanmış müqavilələrin öyrənilməsi, texniki və maliyyə risklərin idarəedilməsi funksiyalarının planlaşdırılması və həyata keçirilməsi, müqavilələrin uğurla tamamlanması üzrə təcrübənin bölüşdürülməsinə xidmət edir. Təlim mallar, əqli və qeyri məsləhət ximətləri və işlər üzrə imzalanmış müxtəlif növ müqavilələrdə "məqsəd", "keyfiyyət", "vaxt", "effektivlik", “səmərəlilik”, “ədalət” və s. mühim prinsiplər birgə nəzərə alınmaqla düzgün müqavilə planlaması həyata keçirmə haqda bilikləri aşılayır. Pul və dəyər, planlama və nailiyyət, davamlı nəticələr əldə etmək üçün ən yaxşı yerli və beynəlxalq təcrübəyə uyğun müqavilə idarəçiliyində istifadə olunan təcrübə və biliklər müzakirə edlir.
Təlim İştirakçıları:
Dövlət və ya özəl, beynəlxalq və ya yerli layihə/planlama sektorlarında çalışan satınalma, müqavilə idarəçiliyi ilə birbaşa və bilavasitə məşğul olan məsul şəxslər -texniki mütəxəssislər,
Dövlət satınalmaları üzrə peşəkar mütəxəssis Rüstəm Kərimov və beynəlxalq müqavilələrin idarə edilməsi üzrə peşəkar mütəxəssis Günel Səfərəliyeva bu sahə ilə bağlı aktual sualları cavablandırmışdır: https://youtu.be/tpW5L1Bd-pM
Giriş – Müqavilələrin növü, Satınlmalar zamanı müqavilələrin hazırlanması, satınalmadan müqavilə idarəçiliyinə keçid
Müqavilə Tərəfləri, risklərin idarə edilməsi
Malların satın alınmasında müqavilələrin idarə edilməsi
İşlərin/qeyri-əqli xidmətlərin satın alınmasında müqavilələrin idarə edilməsi
Məsləhət xidmətlərin satın alınmasında müqavilələrin idarə edilməsi
İnformasiya texnologiyaları sahəsində (işlər, mallar, xidmətlər) müqavilələrin idarə edilməsi
Təcrübə bölğüsü, real nümunələr üzərində auditoriya ilə iş
Auditoriya ilə iş, real təcrübə bölüşdürülməsi, fərdi və qrup şəklində tapşırıqların həlli, sual cavab
✍ Təlim ödənişlidir
Təlim ödənişi 370 AZN
- Korporativ Endirimlər:
✔ Eyni şirkətdən 2 iştirakçı – Hər iştirakçıya 5% Endirim!
✔ 3 ve daha artıq iştirakçı – Hər iştirakçıya 10% Endirim!
✔ Business Management Schoolun məzunlarına 10% Endirim!
✔ Tələbələrə (tələbə biləti əsasında) - 10% endirim!
Qeyd: Endirim kateqoriyasının yalnız birindən istifadə etmək olar.
Ödənişə daxildir:
- Təlim materialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk
✍ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də və imtahanda iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.