phone 055-3003591, 055-2250662
email info@scm.az
Business Management School MMC olaraq Təchizat Zəncirinin İdarə Edilməsi Təlim Layihəsi çərçivəsində yeni "Müqavilələrin İdarə Edilməsi və Beynəlxalq satınalmalar" təlim proqramının 1-ci sessiyasına qeydiyyatları açıq elan edirik.
Bu təlimdə kimlər iştirak edə bilər?
Bu təlimdə nələr öyrədilir?
Bu təlim malların, işlərin və xidmətlərin satınalınması zamanı bağlanmış müqavilələrin öyrənilməsi, texniki və maliyyə risklərin idarəedilməsi funksiyalarının planlaşdırılması və həyata keçirilməsi, müqavilələrin uğurla tamamlanması üzrə təcrübənin bölüşdürülməsinə xidmət edir. Təlim mallar, əqli və qeyri-məsləhət ximətləri və işlər üzrə imzalanmış müxtəlif növ müqavilələrdə "məqsəd", "keyfiyyət", "vaxt", "effektivlik", “səmərəlilik”, “ədalət” və s. mühim prinsiplər birgə nəzərə alınmaqla düzgün müqavilə planlaması həyata keçirmə haqda bilikləri aşılayır. Pul və dəyər, planlama və nailiyyət, davamlı nəticələr əldə etmək üçün ən yaxşı yerli və beynəlxalq təcrübəyə uyğun müqavilə idarəçiliyində istifadə olunan təcrübə və biliklər müzakirə edilir.
Beynəlxalq maliyyə qurumları ilə tanışlıq, ölkə və ümumdünya səviyyəsində ayrılmış kreditlər haqqında anlayış, beynəlxalq arenaya açıq tenderlər haqqında xəbərdar olma və iştirak imkanları, tenderlərin idarə olunması mexanizmi, həmçinin beynəlxalq tenderlər nəticəsində imzalanmş müqavilələrin idarəçiliyi, risk bölgüsü, ödəniş mexanizmi, monitoring və qiymətləndirmə sayəsində təcrübə və bilikləri özündə birləşdirir.
1-ci modul: Müqavilələrin İdarə Edilməsi (16 saat)
Giriş – Müqavilələrin növü, Satınlmalar zamanı müqavilələrin hazırlanması, satınalmadan müqavilə idarəçiliyinə keçid
Müqavilə Tərəfləri, risklərin idarə edilməsi
Malların satın alınmasında müqavilələrin idarə edilməsi
İşlərin/qeyri-əqli xidmətlərin satın alınmasında müqavilələrin idarə edilməsi
Məsləhət xidmətlərin satın alınmasında müqavilələrin idarə edilməsi
İnformasiya texnologiyaları sahəsində (işlər, mallar, xidmətlər) müqavilələrin idarə edilməsi
Təcrübə bölgüsü, real nümunələr üzərində auditoriya ilə iş
Auditoriya ilə iş, real təcrübə bölüşdürülməsi, fərdi və qrup şəklində tapşırıqların həlli, sual cavab
2-ci modul: Beynəlxalq tender imkanları və Donor təşkilatlarla iş (16 saat)
Giriş Donor təşkilatlar ilə iş birliyi və Donor təşkilatlar ilə icra edilən beynəlxalq satınalma
Kurs haqqında ümumi presentasiya, hədəf və məqsədlərin müəyyən edilməsi
Donor təşkilatlar kimdir
Beynəlxalq maliyyə qurumlarının kredit ayırma -dəstək strategiyası
Beynəlxalq satınalma anlayışı
Beynəlxalq Tender imkanları
Donor təşkilatların tender siyasəti
Beynəlxalq satınalmanın dövlət və özəl sektorun satınanlama praktikasından fərqi (3-5 donor təşkilatın misalında -Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, BMT və tabeliyindəki alt qurumlar)
Donor təşkilatlarının hüquqi çərçivə-uyğunluq meyarları
Donor təşkilatlarının satınalma təlimatları
Beynəlxalq Tender imkanları - malların satınalınası
Malların satınalınması üzrə donor təşkilatlarının təklif etdikləri tender imkanları -praktik tanışlıq
Malların satınalınması üzrə metodlar və təkliflərin qiymətləndirilməsi
Beynəlxalq Tender imkanları – işlərin və qeyri əqli xidmətlərin satınalınası
İşlərin və qeyri əqli xidmətlərin satınalınması üzrə donor təşkilatlarının təklif etdikləri tender imkanları -praktik tanışlıq
İşlərin və qeyri əqli xidmətlərin satınalınması üzrə metodlar və təkliflərin qiymətləndirilməsi
Beynəlxalq Tender imkanları – məsləhət xidmətlərinin satınalınası
Məsləhət xidmətlərinin satınalınması üzrə donor təşkilatlarının təklif etdikləri tender imkanları -praktik tanışlıq
Məsləhət xidmətlərinin satınalınması üzrə metodlar və təkliflərin qiymətləndirilməsi
Beynəlxalq Tender imkanları – İCT sahəsində satınalma və bütün nov satınalmalar üzrə praktik məşğələ
İCT sahəsində satınalma- donor təşkilatlarının təklif etdikləri tender imkanları -praktik tanışlıq
İCT sahəsində satınalma üzrə metodlar və təkliflərin qiymətləndirilməsi
Təcrübə bölğüsü, real nümunələr üzərində auditoriya ilə iş - (1 saat)
Beynəlxalq maliyyə qurumlarının mallar, işlər və xidmətlər üzrə
təklif etdikləri Müqavilələr
FİDİC Müqavilələr, İNCOTERMS-lər
Ödəniş müxanizmi
Risk idarəçilyi
Missiya və nəzarət
Fəaliyyətlərin qiymətləndirilməsi mexanizmi və alətləri (PERT, SWOT, GEST və s).
Təlim ödənişlidir
Təlim ödənişi 1 modul üçün: 300 AZN
Hər iki modulda iştirak etmək istəyənlər üçün ümumi məbləğ: 500 AZN
- Korporativ Endirimlər:
Eyni şirkətdən 2 iştirakçı – Hər iştirakçıya 5 % endirim!
3 və daha artıq iştirakçı – Hər iştirakçıya 10% AZN endirim!
Business Management Schoolun məzunlarına 10% endirim
Tələbələrə (tələbə biləti əsasında) - 10% endirim!
Qeyd: Endirim kateqoriyasının yalnız birindən istifadə etmək olar.
Effektiv tender prosesinin təşkili
Tender riskləri və onların düzgün kontrol edilməsi
Müqavilələrin effektiv şəkildə tərtib olunması
Müqavilə üzrə öhdəlikələrin yerinə yütirilməsinə nəzarət (KPİ)
Müqavilə mərhələsindəki risklər və onların yayınma üsulları