phone 055-3003591, 055-2250662
email info@scm.az
Business Management School istehsalat, dağıtım, pərakəndə və anbarlama sahəsində istifadə edilən paketləmə əməliyyatları sahəsində yeni təlim konsepsiyasını elan edir.
Paketləmə nədir?
Mağazalarda paketlənmiş,qablaşdırılmış, hədiyyəlik dəst kimi bağlanmış məhsullar tez tez qarşımıza çıxır. Bir müştəri kimi qarşınıza səliqəsiz, əzilmiş və dağınıq formada paketlənmiş məhsullar çıxırmı? Əlbəttə siz daha cəzbedici paketlənmiş məhsulu seçərsiniz. Və yaxud da sifariş etdiyiniz məhsulu şirkət sizə səliqəsiz,qırıq, korlanmış, istifadəyə yararsız şəkildə təhvil verərsə, məlum məsələdir ki, qəbul etməzsiniz. Gəlin buna müştəriyə yox, məhsulu müştəriyə təqdim edən şirkətə sual verək. Necə etmək olar ki, paketləmə və qablaşdırma prosesində bu cür problemlər olmasın?
Ola bilər ki, bəzi şirkətlər bu növ əməliyyatlara əlavə lazımsız xərc kimi baxır. Lakin yararsız paketlərin geri qaytarılması, yenidən paketlənməsi, əlavə işçi və nəqliyyat xərcləri məhsulun maya dəyərini dahada yüksəldir.Bəzi şirkətlər yaranmış bu cur dəyərsiz maliyyəti gözə almır. Məhz paketləmədə olan düzgün prosesin qurulması, əlavə dəyər qatmayan proseslərin azaldılması, itkilərin aradan qaldırılması və düzgün və keyfiyyətli paketləmə prosesinin təşkili üçün Business Management School olaraq Azərbaycanda ilk dəfə paketləmə təlimi sizə təqdim edirik.
14 saatlıq təlimdə biz sizə paketləmənin üstünlüklərini, çatışmazlıqlarından, planlamasından, risklərindən və s.tədris edəcəyik. Təlimdə bu sahədə dünyada tədbiq edilən standartlardan və yerli bazarda olan praktikadan danışılacaq.
Və xüsusəndə,təlimimizdə paketləmə prosesinə daxil olan bütün əməliyyatlar ətrafli şəkildə təhlil olunacaq. İş xəttini qurarkən hansı amillərə diqqət yetirmək, işçilərin performansını necə artırmaq, səhvlərin və itkilərin qarşısını almaq, paketləmə prosesində xərclərə necə qənaət etmək kimi və s. mövzular caselər şəkilində təlimdə izah ediləcək.
Təlimdə iştirak edə bilər:
1.Briqadirlər
2.Paketləmə üzrə coordinator, supervayzer, menecer və s.
3.Distrubyutor şirkətlərin təmsilçiləri
4.Reklam aksiyaları üzrə mütəxəssislər
5.Anbar, logistika şirkətlərin işçiləri
Merçendayzerlər
Mündəricat
1. Paketləmə xidməti haqqında ümumi anlayış (1 saat)
2. Malların paketləmə və yığılma qaydaları(1 saat)
3. Paketləmənin Standard Əməliyyat Modeli(5 saat)
4.Əlavə dəyər qatan və qatmayan xidmətlər ( 2 saat)
5.İş prosesində ola biləcək səhvlərin təhlili və həll yolu (2 saat)
6. İş xəttinin balanslaşdırılması və iş bölgüsü (1 saat)
7.İş üçün lazımı və düzgün avadanlıqların istifadəsi(30 dəqiqə)
8. Briqadar üçün Əsas İcra Göstəriciləri(KPİ) (30 dəqiqə)
9. Praktiki məsələlər
10. İş prosesinə aid video və foto nümayiş
Təlim yalnız korporativ sifariş əsasında keçirilir.
Təlim müddəti : 14 saat
Təlim müddəti: 14 saat
Təlim yalnız korporativ sifariş əsasında keçirilir.
Təlimin keçirilmə vaxtlarını sifarişçi şirkətlə birgə təyin etmək olar.
Paketləmə təliminin faydaları:
1.Qida və qeyri qida məhsulların paketlənmə qaydaların öyrənilməsi
2.Prosesin düzgün planlama prosesinə yiyələnmək
3.İş prosesinin axınını düzgün yönləndirmək və iş xəttinin balanslaşdırılması
4.İnventarın planlanması və sifariş verilməsi
5.İş zamanı ola biləcək itkiləri daha asanlıqla müəyyən edib,səhvləri təhlil edib, qarşısını almaq biliklərinə yiyələnmək
5Əsas İcra Göstəriciləri(KPİ) hesablama üsülların öyrənilməsi