phone 055-3003591, 055-2250662

email info@scm.az


Supply Chain Management uzun illər təlimçilik fəaliyyəti nəticəsində 100-lərlə təchizat zəncirinin idarə edilməsi sahəsində məzun yetişdirmişdir. Məzunlarımızın təcrübəsini və başarıqlarını nəzərə alaraq bir onlayn qrup yaratdıq. Qrupun yaradılma məqsədi, məzunlarımız olan təchizatçıların bir-birlərinə yardımı və araşdırma zamanı ən çətin tapılan mal və xidmətlərin tapılmasında, müştərilər barəsində referansların alınmasında, hər hansı bir tədarükçülərlə tez əlaqə yaratmaq üçün yardımların edilməsi,tender zamanı və digər hallarda satınalmaçının qarşılaşdığı problemlər zamanı bir-birlərinə kömək etməsi idi.


Lakin,artıq qrup böyüdükcə müəyyən şirkətlərin tədürükçüləri də qrupa daxil oldu və qrupda qarşılıqlı biznes əlaqələri mövcud oldu. Bu isə satış adamlarını və ya tədürk edən şirkətlərin nümayəndələrinə cəlbedici görsəndi. Artıq bəzi şirkətlərin tədürükçüləri də qrupa qoşularaq satınalmaçıların yaratdığı alış sorğularında iştirak edir və öz təkliflərini irəli sürürlər.


Ona görə də belə bir mənzərə yarandı. Satış adamları və alış adamları bir yerdə.  Hər iki tərəf bir-birinə maraqlı tərəfdir.

    </div>
</section>

<section class=