phone 055-3003591, 055-2250662
email info@scm.az
Təhsil:
Ali təhsilini 2002-2007-ci illərdə Qafqaz Universitetinin Sənaye Mühəndisliyi ixtisası üzrə alan Seymur İlyasov 2008-2010-cu illərdə Qafqaz Universitetinin Sənaye Mühəndisliyi ixtisası üzrə magistratura təhsilini universitet birincisi olaraq tamamlamışdır. Professional iş həyatına 2008 ci ildə Qafqaz Universitetində Laborant (Research Assistant) vəzifəsi ilə başlamış və 2010-cu ilə qədər bu vəzifədə davam etmişdir. Davamlı olaraq yerli və beynəlxaq təlimlərdə iştirak edən planlama mühəndisi 2015-ci ildə Amerikanın (American Academy of Project Management) akademiyası tərəfindən Certified Planning Engineer dərəcəsinə layiq görülmüş və həmin akamediya tərəfindən akreditasiya edilən 13 mühəndisdən biri olaraq bildirilmişdir. Eyni zamanda Seymur İlyasov yenə “American Academy of Project Management” tərəfindən “Honorary Global Advisor” tituluna da layiq görülmüşdür.
✔ Avropa və Asiyanın bir sıra ölkələrinin, xüsusən də Yaponiyanın istehsalat və planlama metodlarına dərindən bələd olan beynəlxalq dərəcəli mühəndis, 2015 ci ildə aihitdata.com saytıının təqdim etdiyi məlumatda dünyada fəaliyyət göstərən 188 “Certified Ecommerce Consultant”dan biri olaraq göstərilmişdir.
İŞ TƏCRÜBƏSİ:
✔ İstehsalat və Xidmət sahələrinin Planlanması üzrə professionallaşan mühəndis iş həyatına 2013 cü ilin yanvar ayında “Azertexnolayn” şirkətinin “Texniki Avadanlıqlar Zavodu”nda Planlama müdiri vəzifəsində işləməyə başlamış və 3 il 4 ay fəaliyyətini həmin müəssisədə davam etdirmişdir.
✔ Mado Azərbaycan -İstehsalat və xidmət planlama rəhbəri - 3 ay,
✔ Delta Group Şirkətində hazırda 1 ildir ki, Planlama Rəhbəri vəzifəsində çalışır.
Qafqaz Universitetinin Mühəndislik Fakultəsində magsitratura pilləsində 2 il müddətində “İstehsalat və Xidmət Sahələrində Planlama və Qrafikləndirmə” dərsini tədris edib.
✔ "SƏNAYENİLƏNMƏ" kitabının müəllifidir.
✔ Seymur İlyasovun özü haqqında və peşəsi ilə yazdığı bir neçə blog postları ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz.
Özü haqqında: https://www.linkedin.com/in/seymurilyasovcpe
Blogları haqqında: https://www.linkedin.com/today/author/312100041?trk=prof-sm