phone 055-3003591, 055-2250662
email info@bmschool.az
"Business Management School" MMC, peşəkar təlim təcrübəsinə əsaslanaraq indiyə kimi 28 təlim sessiyasında 405 nəfərin iştirak etdiyi "Təchizat Zəncirinin İdarə Edilməsi" təliminini 29-cu dəfə elan edir! 29-cu sessiyamız onlayn şəkildə tədris ediləcək. Təlim Zoom proqramında tədris ediləcək.
28-ci dəfə eyni adla təşkil olunmuş təlim daha fərqli, daha zənginləşdirilmiş konseptlə, 46 saat müddətində , 4 modul, hər modulu öz peşəkarları tərəfindən praktiki şəkildə tədris ediləcək.
Təlim kimlər üçün nəzərdə tutulub?
Təchizat Zəncirinin İdarə Edilməsi üzrə keçirilən 26 sessiya haqqında məlumatları aşağıdakı linklərin üzrəinə vurub, açılan shifədən əldə edə bilərsiniz.
1-ci sessiya , 2-ci sessiya, 3-cü sessiya, 4-cü sessiya, 5-ci sessiya, 6-cı sessiya, 7-ci sessiya, 8-ci sessiya, 9-cu sessiya, 10-cu sessiya, 11-ci sessiya, 12-ci sesisya, 13-cü sessiya, 14-cü sessiya 15-ci sessiya 16-cı sessiya 17-ci sessiya 18-cı sessiya 19-cu sessiya 20-ci sessiya 21-ci sessiya 22-ci sessiya 23-cü sessiya 24-cü sessiya 25-ci sessiya 26-cı sessiya 27-ci sessiya 28-ci sessiya davam edir
* Modul1- Təchizat sistemi ,
* Modul 2- Tenderlər və müqavilələrin idarə edilməsi
Ümumi (16 saat)
1.Təchizat zənciri haqqında ümumi anlayış
2.Satınalmanın təchizat zəncirində rolu;
3.Satınalma prosesinin axını;
4.Özəl və ictimai sektor satınalmaları;
5. Spesifikasiya.Tələb və Tələbdə 5C modelinin istifadəsi
6.Mülkiyyətin ümumi dəyəri (TCO);
7.Mövcud bazarlar və onların araşdırılması yolları;
8.5R modeli ve onun satınalmada vacibliyi
9.İnformasiya sorğusu (RFI);
10.Təklif tələbi (RFQ / RFP);
11.Podratçı şirkətlərin qiymətləndirilməsi;
12.Təchizat Danışıqları;
13.Podratçılarla əlaqə və onlarla münasibətin idarə edilməsi;
14.Satınalmalarda STEEPLE faktoru;
15.Almaq və ya istehsal etmek qərarı;
16.Bazar növləri;
17.Xidmət satınalması;
18.Stratejik ve Taktikal satınalmalar;
19.Outsourcing;
20.Porterin 5 Təsir modeli;
21.Maliyyət növləri;
22.P2P
23.Təhcizat KPI nədir;
24.Fond / qeyri-maddi və birbaşa / dolayı satınalma (stock/non stock and direct/indirect procurement);
25.Pula dəyər qatma;
26.Paydaşlar (stakeholders);
27.Satınalma etikası;
28.SWOT analizi;
29.Pareto və Kraljic matriksi;
30.Satınalma planı;
31.Praktiki məşğələ;
********************
32.Tenderlərin idarə edilməsi;
33.Tenderin hazırlanması;
34.Satınalma danışıqları və onların strategiyası;
35.Tender anlayışı və onun əhəmiyyəti;
36.Tender növləri və onların fərqləndirən cəhətləri;
37.Tender komitəsi;
38.Tender sorğusunun spesifikasiyası;
39.Tenderin icra vaxtı;
40.Praktiki məşğələ;
41.Müqavilələrin qeydiyyatı və idarə edilməsi;
42.Müqavilə növləri;
43.Əsas maddələr və Müqavilənin strukturu, nömrələmə;
44.Əlavələr;
45.Müqavilənin icrası və podratçının/satıcının qiymətləndirilməsi;
46.Müqaviləyə dəyişikliklər;
47.Praktiki məşğələ.
Modul 3- Nicat Şabanlı və Bahaəddin Mirzə
Çatdırılma və nəqliyyat logistikası/ Gömrük Qanunvericiliyi (16 saat)
Nicat Şabanlı / : Çatdırılma və nəqliyyat logistikası
1.Logistika elmi haqqında qısa məlumat. Onun tərkib hissəsi olan “nəqliyyat logistikası”.
2.İncoterms-2010. Logistikada istifadə olunan qısaldılmış adlar və onların izahı.
3.Yüklərin daşınma prosesindən əvvəl onların qablaşdırılması, markalanması vəpaletlənməsi. Ölkələrin qısaldılmış adları və poçt indeksinə əsasən şəhərlərin təyini.
4.Yüklərin yük avtomobilləri ilə daşınması və bu daşımanın xüsusiyyətləri:
5. Avtomobil daşımalarında istifadə olunan sənədlər.
6.Yüklərin dəniz yolu (okean yolu) ilə daşınması
7.Hava yolu ilə yükdaşımalar
8.Dəmir yolu ilə yükdaşımalar
Bahaəddin Mirzə / : Gömrük Qanunvericiliyi və Prosedurları
1.Gömrük qanun vericiliyi
2.Gömrük komitəsi və orqanları
3.Gömrük nümayəndəliyi və broker xidməti
4.Gömrük rəsmiləşdirilməsinin apariıması
• Yük Gömrük bəyəmnaməsi
• Gömrük proseduru
• XİFMN-nin sinifləşdirilməsi ve eyniləşdirilməsi
• Gömrük tarifi ve rüsumlari
• Gömrük dəyəri ve onun formalaşması
• Gömrük ödənişləri
• Gömrük terminallarından yükün çıxardılması.
• Praktik məsələlər
Modul 4 - Anar Adilzadə və Seymur İlyasov
Anbar Ehtiyyatlarının İdarə Edilməsi (12 saat)
Anar Adilzadə /: Anbarın İdarə Edilməsi
1.Anbar anlayışı və anbarların növləri
2.Anbarda standart qaydalar və gündəlik əməliyyatlar
3.Anbarın effektiv idarəçiliyi üçün əsas amillər və onların izahı
4.ABC analizi
5.Anbarda stok tutumu və stoklara nəzarət
6.Anbarlarda ümümi problemlər və onlardan yayınma üsulları
7.Anbarlarda istifadə olunan sənədlər və sənəd dövriyəsi
8.Fırıldaq, oğurluq və dələduzluğa qarşı mübarizə tədbirləri
9.Anbarda performans göstəriciləri (KPİ-lar)
10.Praktiki məsələlər
Seymur İlyasov / : Ehtiyyatların Planlanması
1.Ehtiyatlar niyə planlanmalıdır?(ümumi anlayışlar)
2.Ehtiyatların sinifləndirilməsi,
3.Optimal sifariş miqdarı- EOQ(Holding və acquisition cost-un hesablanması)
4.Periodic review və Fixed ROP anlayışları və onların təyini
5.Ehtiyatlar səviyyəsinə təsir edən əsas risklər və faktorlar
6.Bulwhip effekti və onun təchizat zəncirinə təsiri
7.Praktiki məsələlər
✔ Təlimin offline qiyməti 520 AZN.
✔TəliminOnlayn qiyməti 450 AZN
Təlimin ödəniş haqqını hissələrdən ibarət olmaqla təlim başlamadan öncə 50%,yerdə qalan məbləğin yarı hissəsini 15 avqusta kimi, məbləğin digər yarı hissəsini 02 sentyabra kimi ( 02 sentyabr tam ödənişin tamamlama tarixidir) ödəniş etmək mümkündür.
Təlim iştirakçıları üçün üç kateqoriyalı endirim nəzərdə tutulmuşdur:
1. “Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
2. Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.
Qeyd: İştirakçıya endirim kateqoriyalarından yalnız biri tətbiq edilə bilər!
* Ödənişə daxildir:
İştirak barədə sertifikat
Təlimə qatılanlar Supply Chain Community qrupuna 1 illik ödənişsiz üzv olurlar. Xatıladaq ki,
Qrupa qoşulmağın qiyməti illik 140 AZN.dir. Qrupda 300 dən çox satınalmaçı və təchizatçı var.
* Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır.
Təlimin sonunda ümumi yekun imtahan təşkil edirləcək. İmtahan sualları tədris olunmuş 4 modulu əhatə edəcək. Hər modul üçün minimum 60 bal, bütün modullar üzrə ortalama 75 balı keçən şəxslər Müvəffəqiyyət sertifikatı əldə edəcəklər.
Təyin olunmuş tarixdə yekun imtahanda iştirak etmək zəruridir. Əks halda təyin edilmiş tarixdə imtahanda iştirak etməyən iştirakçı növbəti (28 ci) sessiyanın yekun imtahanında iştirak etməli olacaqdır.
* Təlimdən əldə ediləcək nəticələr.